...

Ötən ay daşınan qida məhsullarının həcmi məlum olub

İqtisadiyyat Materials 15 Aprel 2026 19:58 (UTC +04:00)
Ötən ay daşınan qida məhsullarının həcmi məlum olub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

ADY bu ilin mart ayında 157 min tona yaxın qida sənayesi məhsulları daşıyıb ki, bu da keçən ilin müvafiq dövründən 51% çoxdur.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilir ki, analoji məhsulların 2026-cı ilin birinci rübü üzrə daşınması 325 min tona yaxın təşkil edib və ötən ilin eyni dövrünü 9% üstələyib.

Qeyd edək ki, qida sənayesi məhsullarının tranzit daşımaları da bu ilin birinci rübündə 21% (139,7 min ton), mart ayında isə 64% (67,3 min ton) artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti