Bakı. Trend:
Norveçin Baş naziri Yonas Qar Styore Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra iki tərəfin müdafiə əməkdaşlığı haqqında bəyannamələr imzaladığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
Baş nazirin sözlərinə görə, Ukrayna Norveçin xarici siyasətində əsas prioritet olaraq qalır.
Styore əlavə edib ki, Oslo Kiyevin müstəqillik uğrunda mübarizəsini və özünümüdafiə hüququnu qətiyyətlə dəstəkləyir. O qeyd edib ki, Ukrayna Norveç yardımının əsas alıcısıdır.
Baş nazir bunun birtərəfli addım deyil, qarşılıqlı əməkdaşlıq olduğunu vurğulayıb.
