Bakı. Trend:
2026-cı ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 27,6 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in 21,1 faizinə çatacağı gözlənilir.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bildiirlib ki, ortamüddətli (2027-2030-cu illər) dövrün sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 34,3 milyard manat səviyyəsinə çatacağı və 2030-cu il üzrə proqnozlaşdırılan ÜDM-in 20,6 faiz səviyyəsində olacağı gözlənilir.
“Dövlət borcunun idarəedilməsi strategiyası iləmüəyyən olunmuş hədəflərin icrasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildəazaldılması vədaxili borcla əvəzləşdirilməsi, habelədaxili maliyyəbazarında dövlət istiqrazlarının yerləşdirilməsi hesabına dövlət büdcəsi kəsirinin bağlanmasına vəsaitin yönəldilməsi nəticəsindədaxili dövlət borcunun səviyyəsi əhəmiyyətli dərəcədəartmışdır.
Qeyd olunanlar fonunda, 2026-cı il ərzindədövlət borclanmasının daxili maliyyəbazarlarında emissiya ediləcək dövlət qiymətli kağızları iləyanaşı, beynəlxalq maliyyəqurumlarının vəsaiti hesabına layihəmaliyyələşdirilməsi çərçivəsindəhəyata keçirilməsi planlaşdırılır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən su və nəqliyyat sektorları üzrətəsdiq edilmiş dövlət proqramlarının icrası istiqamətindəmüəyyən olunmuş bir sıra prioritet layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədiləmüvafiq prosedurlara başlanılmışdır. Bu istiqamətdə, növbəti dövr ərzindədəbeynəlxalq maliyyəinstitutları iləəməkdaşlıq çərçivəsindəprioritet layihələrin maliyyələşdirilməsi üçün kredit vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur”, - məlumatda qeyd edilib.
