...

Evlərdən bu yolla 25 minlik oğurluq edibmiş (VİDEO)

Hadisə Materials 15 Aprel 2026 09:35 (UTC +04:00)
Evlərdən bu yolla 25 minlik oğurluq edibmiş (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Şəmkir və Tovuz rayonları ərazilərində silsilə oğurluq hadisələri baş verib.

Trend-in məlumatına görə, müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb.

Polis tərəfindən qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti