...

Elçin Quliyev Hacı Əliyevə yüksək hərbi rütbə verdi

Cəmiyyət Materials 15 Aprel 2026 12:14 (UTC +04:00)
Elçin Quliyev Hacı Əliyevə yüksək hərbi rütbə verdi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Kariyerası ərzində bir çox uğurlara imza atan, güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevə mayor rütbəsi verilib.

Trend xəbər verir ki, bu barədə idmançının özü “İnstagram” hesabında paylaşım edib.

“Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.

Göstərilən etimada görə təşəkkür edir, Vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm”,-deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti