Bakı. Trend:
Avstraliyanın ən böyük qızıl mədənlərindən biri olan "Cadia Gold Mine" mədənində əməliyyatlar dayandırılıb və zılzələyə görə işçilər Yeni Cənubi Uels ştatına baş verən zəlzələdən sonra təxliyə edilib.
Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, aprelin 15-i gecəsi Oranc səhəri ərazisində (Sidneydən 270 km şimal-qərbdə yerləşən) baş verən 4,5 bal gücündə zəlzələdən sonra mədəndə yeraltı işlər ehtiyat tədbiri olaraq müvəqqəti olaraq dayandırılıb.
Mədənin sahibi "Newmont" şirkəti qeyd edib ki, mədəndə bütün təhlükəsizlik sistemləri normal işləyir və yeraltında olan işçilər yerin səthinə təxliyə edilib. Xəsarət alan və ya ziyan barədə məlumat verilməyib.