...

Rayonlara qar yağır - Şahdağda qarın hündürlüyü 1 metri keçib

Cəmiyyət Materials 14 Aprel 2026 11:55 (UTC +04:00)
Rayonlara qar yağır - Şahdağda qarın hündürlüyü 1 metri keçib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə isə qar yağır.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 14-ü saat 11:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 101, Zaqatalada (Əlibəy) 36, Qaxda (Sarıbaş) 34, Xaltan və Qrızda 18, Xınalıqda 12, Şahbuz və Qusarda (Laza) 6, Kəlbəcərdə 2, Lerik, Laçın və Şuşada 1 sm-dir.

Düşən yağıntının miqdarı Qəbələdə 32, Oğuzda 28, Sabirabadda 23, Şəkidə 22, İsmayıllıda (İvanovka) 18, Ağsu və Balakəndə 16, Şamaxı və Biləsuvarda 13, Neftçala və Lerikdə 11, Şirvan, Qobustan, Xızı və Göyçayda 10, İmişlidə 9, Gədəbəy və Culfada 8, Ordubad, Quba və Astarada 7, Ağdam, Mingəçevirdə 6, Lənkəran, Yardımlıda 5, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Beyləqan, Daşkəsən və Naxçıvanda 4, Göygöl, Goranboy, Kürdəmir və Zərdabda 3, Şərur, Sədərək, Tərtər, Bərdə, Yevlax və Xaçmazda 2, Gəncə, Naftalan, Şabran, Cəbrayıl, Qubadlı, Xankəndi, Xocalı və Füzulidə 1 mm-dək qeydə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti