...

"Milan" Fülkruqun gələcəyi ilə bağlı qərar qəbul edib

İdman Materials 14 Aprel 2026 15:18 (UTC +04:00)
"Milan" Fülkruqun gələcəyi ilə bağlı qərar qəbul edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Milan" "Vest Hem"dən icarəyə götürdüyü Niklas Fülkruqun gələcəyi ilə bağlı qərar qəbul edib.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtaliya təmsilçisi 5 milyon avroluq satın alma seçimini aktivləşdirməmək qərarına gəlib. 33 yaşlı hücumçu icarə müddəti başa çatdıqdan sonra İngiltərə klubuna qayıdacaq. Onun "Vest Hem"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Füllkruq bu mövsüm A Seriyasında 16 oyunda cəmi 1 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti