...

ABŞ İranda məqsədlərinə çatdığını bəyan edib

Dünya xəbərləri Materials 14 Aprel 2026 02:54 (UTC +04:00)
ABŞ İranda məqsədlərinə çatdığını bəyan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hesab edir ki, İrana qarşı hərbi əməliyyatın qarşıya qoyulan vəzifələri yerinə yetirilib və artıq münaqişənin başa çatdırılması mərhələsinə keçmək olar.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.

"Mən həqiqətən hesab edirəm ki, biz məqsədlərimizə çatdığımız bir vəziyyətdəyik", - deyə o qeyd edib.

Vensin sözlərinə görə, münaqişənin uğurlu danışıqlar yolu ilə başa çatdırılması daha üstün variant olardı.

Bundan əlavə, Vaşinqton Tehranın gələcəkdə bütün zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməsində israr edir.

"Biz bildirmişik ki, bu materialın ölkədən çıxarılmasını istəyirik və onun nəzarətimizə verilməsini istərdik", - deyə vitse-prezident bildirib.

O əlavə edib ki, Tehranın nüvə silahı yaratmaq niyyətinin olmadığını bəyan etməsinə baxmayaraq, İranın nüvə proqramı ABŞ-də narahatlıq doğurur.

"Məhz buna görə biz bu materialın tamamilə ölkədən çıxarılmasını və ABŞ-nin nəzarəti altında olmasını istəyirik", - deyə Vens vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Xəbər lenti

Xəbər lenti