Bakı. Trend:
Yaponiya hələlik özünümüdafiə qüvvələrinin ABŞ-nin təşəbbüsü ilə Hörmüz boğazının blokadasına qoşulub-qatılmayacağına qərar verməyib.
Trend-in məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabineti Minoru Kixara deyib.
"Özünümüdafiə Qüvvələrinin göndərilməsi ilə bağlı hələlik heç bir qərar verilməyib", - deyə o bildirib.
Qeyd edək ki, aprelin 12-də ABŞ prezidenti Donald Tramp "Fox News"a verdiyi müsahibədə bəzi NATO ölkələrinin Hörmüz boğazı məsələsində Vaşinqtona kömək etmək niyyətində olduğunu bildirib.