...

"Liverpul"un müdafiəçisi "Tottenhem"ə keçə bilər

İdman Materials 11 Aprel 2026 01:39 (UTC +04:00)
"Liverpul"un müdafiəçisi "Tottenhem"ə keçə bilər

Bakı. Trend:

Mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayan Endryu Robertson Premyer Liqada klubunu dəyişə bilər.

Trend xəbər verir ki, "Tottenhem" şotlandiyalı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

London klubu artıq 32 yaşlı futbolçu ilk ilkin təmasları qurub və danışıqlar aparıb. Təcrübəli sol cinah müdafiəçisi qərarını mövsüm başa çatdıqdan sonra verəcək.

Qeyd edək ki, "Liverpul" Endryu Robertsonu 2017-ci ilin yayından "Hall Siti"dən transfer edib. Şotlandiya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti