Bakı. Trend:
İran və ABŞ nümayəndələri arasında İslamabadda planlaşdırılan danışıqlar Vaşinqton Livandakı İsrail qüvvələrinin hərbi əməliyyatlarına son qoymaq məsələsində verdiyi vədləri yerinə yetirənə qədər başlamayacaq.
Trend-in məlumatına görə, bu barədə İran KİV-ləri xəbər verib.
Məlumata əsasən, İslamabadda danışıqlar ABŞ Livanda atəşkəs öhdəliklərini yerinə yetirənə və İsrail hücumları dayandırana qədər dayandırılıb.
Bununla bağlı İran danışıqlar qrupunun Pakistan paytaxtına gəlməsi ilə bağlı məlumatları təkzib edilib. "Bu məlumatlar yalandır", - deyə bildirilib.
