...

Qətərdən Azərbaycana pul köçürmələri artıb

İqtisadiyyat Materials 9 Aprel 2026 19:22 (UTC +04:00)
Qətərdən Azərbaycana pul köçürmələri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Qətərdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 15,705 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 3,2 milyon ABŞ dolları və ya 25,5% çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Qətərin payı 1,3% təşkil edib.

2024-cü ildə Qətərdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 12,510 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti