...

Qazaxıstan və bır sıra ölkələr TRIPP-lə maraqlanır

Dünya xəbərləri Materials 9 Aprel 2026 14:41 (UTC +04:00)
Qazaxıstan və bır sıra ölkələr TRIPP-lə maraqlanır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan və başqa ölkələr TRIPP (Sülh və Rifah Naminə Tramp Marşrutu) layihəsi ilə maraqlanır.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, beynəlxalq kommunikasiyalar üçün yeni marşrut açılacaq və Qazaxıstan beynəlxalq nəqliyyat sektorunun əsas oyunçularından və iştirakçılarından biridir.

“Qazaxıstan bu mövzu ilə maraqlanan yeganə ölkə deyil. Bir çox ölkələr buna (Sülh və Rifah Naminə Tramp Marşrutuna) maraq göstərir. Proses açıq şəkildə gedir və biz bunu tərəfdaşlarımızdan gizlətmək niyyətində deyilik. Təbii ki, biz Qazaxıstanı Ermənistan üzərindən tranzit marşrutlardan istifadə etməyə dəvət etməliyik ki, onları ixrac, idxal və təqdim olunan nəqliyyat xidmətləri zəncirində nəzərdən keçirsinlər”, - deyə Paşinyan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti