Bakı. Trend:
2025-ci ildə İsveçrədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 10,363 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 202 min ABŞ dolları və ya 2% çoxdur.
Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində İsveçrənin payı 0,9% təşkil edib.
Həmçinin 2025-ci ildə Azərbaycandan İsveçrəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,976 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 1,4 milyon ABŞ dolları və ya 22,2% artım deməkdir.
Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində İsveçrənin payı 1,6% təşkil edib.
2024-cü ildə Azərbaycandan İsveçrəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 6,525 milyon ABŞ dolları, əks istiqamətdə isə 10,161 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.
