...

Ehtiram Quliyev 15 min cərimələndi

İdman Materials 9 Aprel 2026 14:16 (UTC +04:00)
Ehtiram Quliyev 15 min cərimələndi

Bakı. Trend:

AFFA İntizam Komitəsi “Turan Tovuz” klubuna ümumilikdə 20 000 manat məbləğində cərimə tətbiq edib.

Trend xəbər verir ki, bu barədə qurumun sonuncu iclasında qərar qəbul edilib.

Qərar Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda – “Turan Tovuz” və “Zirə” komandaları arasında keçirilən qarşılaşmada baş verən hadisələrlə bağlı qəbul olunub. Belə ki, matç zamanı tovuzlu azarkeşlərin hakimlərə qarşı kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi klubun 5 000 manat cərimələnməsi ilə nəticələnib.

Bundan əlavə, oyundan sonra “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevi AFFA və onun qurumlarının nüfuzunu şübhə altına alan açıqlamalar verdiyinə görə klub daha 15 000 manat cərimə olunub.

Görüşdə “Zirə” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün paytaxt təmsilçisi də 700 manat məbləğində cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti