...

Atəşkəs elan ediləndən bəri heç bir ölkəyə hücum edilməyib - SEPAH

Dünya xəbərləri Materials 10 Aprel 2026 03:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Atəşkəs elan ediləndən bəri İran ordusu heç bir ölkəyə və ya digər ölkələrin ərazisində yerləşən hədəflərə raket zərbələri endirməyib.

Trend-in məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlamasında bildirib.

"İslam Respublikasının silahlı qüvvələri atəşkəs dövründə heç bir ölkəyə raket atmayıb və ya pilotsuz təyyarələrlə hücum etməyib", - deyə bildirilib. SEPAH qeyd edib ki, "İran ordusu hər hansı bir hədəfi vurarsa, bunu rəsmi olaraq elan edəcək".

Bildirilib ki, bu cür bəyanatlarda qeyd olunmayan hər hansı digər hərəkətlərin "İranla heç bir əlaqəsi yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti