...

ABŞ NATO müttəfiqlərindən Hörmüz boğazı ilə bağlı planlar tələb edir

Dünya xəbərləri Materials 9 Aprel 2026 12:55 (UTC +04:00)
ABŞ NATO müttəfiqlərindən Hörmüz boğazı ilə bağlı planlar tələb edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqton NATO müttəfiqlərindən bir neçə gün ərzində Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin olunmasına dair konkret planlar təqdim etmələrini xahiş edir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ-nin bəzi Avropa müttəfiqləri atəşkəs elan edildikdən sonra Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə hazır olduqlarını bildiriblər. Vaşinqton isə bu məsələ ilə bağlı onların konkret öhdəliklər götürməsini istəyir.

“Bloomberg” öz mənbələrinə istinadən yazır ki, bu tələb NATO-nun baş katibi Mark Rüttenin yaxın günlərdə səfər etdiyi Ağ Evdə alyans nümayəndələri ilə aparılan danışıqlarda səsləndirilib. Agentliyin yazdığına görə, məsələ həmçinin Pentaqon və Dövlət Departamentində NATO rəsmiləri ilə keçirilən görüşlərdə də müzakirə olunub. Ağ evin, eləcə də hər iki qurumun rəsmi nümayəndələri jurnalistlərin sorğularına cavab verməyiblər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti