...

Pasxa bayramında atəşkəsə uyğun hərəkət edəcəyik - Zelenski

Dünya xəbərləri Materials 10 Aprel 2026 07:17 (UTC +04:00)
Pasxa bayramında atəşkəsə uyğun hərəkət edəcəyik - Zelenski

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putinin Pasxa atəşkəsi elan etməsindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin də buna uyğun addımlar atmağa hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə Zelenski özünün teleqram kanalında məlumat verib.

“Qarşılıqlı addımlar atmağa hazırıq. Bu il Pasxa bayramı zamanı atəşkəs təklif etmişdik və buna uyğun hərəkət edəcəyik. İnsanların təhlükəsiz şəraitdə Pasxa bayramını qeyd etməyə ehtiyacı var”, – deyə Zelenski vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti