...

Azərbaycan və Belarus səfirləri "GAZ" və "MAZ" arasındakı yeni sazişi yüksək qiymətləndiriblər (FOTO)

İqtisadiyyat Materials 9 Aprel 2026 16:27 (UTC +04:00)
Azərbaycan və Belarus səfirləri "GAZ" və "MAZ" arasındakı yeni sazişi yüksək qiymətləndiriblər (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Minsk. Trend:

Azərbaycanın və Belarusun səfirləri Minsk Avtomobil Zavodunun (MAZ) şassisi əsasında Gəncə Avtomobil Zavodunda (GAZ) yeni kommunal texnika partiyasının (100 ədəd) yığılmasına dair sazişin imzalanmasını yüksək qiymətləndiriblər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, saziş Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko tərəfindən verilmiş tapşırıqların icrası çərçivəsində imzalanıb.

Sənədi “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Milli Məclisinin deputatı Xanlar Fətiyev və “MAZ” ASC-nin baş direktoru Valeri İvankoviç imzalayıblar. "Gəncə Avtomobil Zavodu" ilə "Minsk Avtomobil Zavodu" arasında əməkdaşlıq Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko tərəfindən qurulmuş Azərbaycan–Belarus ikitərəfli iqtisadi əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsinə yönəlib.

Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Trend-ə müsahibəsində ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu və iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

“Hazırda qarşımızda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq iqtisadi əməkdaşlığı bir milyard manata çatdırmaq vəzifəsi dayanır. "GAZ" ilə "MAZ" arasında yeni saziş ölkələr arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək. Dövlət başçıları və xalqlarımız arasında mövcud olan isti münasibətlər bütün sahələrdə, o cümlədən mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafına təkan verir”, – deyə diplomatik missiyanın rəhbəri qeyd edib.

Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç isə Trend-ə müsahibəsində uzunmüddətli əməkdaşlığın səmərəliliyini və iqtisadi sahədə birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

“Bu günün trendi müxtəlif sahələrdə - sənaye, maşınqayırma, kənd təsərrüfatı, müasir texnologiyalar və təhsil proqramları üzrə birgə müəssisələrin yaradılması və kooperasiyanın genişləndirilməsidir. "GAZ" ilə "MAZ" arasında yeni saziş ölkələr arasında sənaye kooperasiyasının inkişafında, dövlət başçılarımızın qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı tapşırıqlarının yerinə yetirilməsində mühüm komponentdir”, – deyə diplomatik missiyanın rəhbəri bildirib.

Xatırladaq ki, 2026-cı il martın 2-də "GAZ" ilə "MAZ" arasında əməkdaşlıq çərçivəsində istehsal olunan kommunal maşınların ilk partiyası Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Prezidenti İlham Əliyev tərəfindən verilən yüksək qiymət müəssisələr arasında əməkdaşlığın genişləndirilməsinə və yeni müqavilənin bağlanmasına stimul olub.

Kommunal texnika Gəncədə hazırlanıb yığılmış müasir avadanlıqlarla təchiz olunur. Bu texnika respublikanın bütün ərazisində şəhər infrastrukturuna xidmət göstərmək üçün nəzərdə tutulub. Layihə ölkənin kommunal texnika parkının yenilənməsinə töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti