...

Dövlət qurumlarında işləyən şəxslərin maaşı ilə bağlı yeni QƏRAR

Cəmiyyət Materials 9 Aprel 2026 08:30 (UTC +04:00)
Dövlət qurumlarında işləyən şəxslərin maaşı ilə bağlı yeni QƏRAR
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri müəyyənləşdiriləcək.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Belə ki, Maliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri ilə bağlı təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti