...

İsrail Hərbi Hava Qüvvələri İran və "Hizbullah"a qarşı hücumları davam etdirir

Dünya xəbərləri Materials 8 Aprel 2026 07:20 (UTC +04:00)

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri atəşkəs elan olunmasına baxmayaraq İrana zərbələr endirməyə davam edir.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti təhlükəsizlik xidməti nümayəndəsinə istinadən xəbər verib.

Məlumata əsasən, Livanın "Hizbullah" hərəkatına qarşı İsrail əməliyyatlarının sona çatması ilə bağlı heç bir əlamət yoxdur, baxmayaraq ki, Pakistanın Baş naziri Şahbaz Şərif bundan öncə atəşkəsin "dərhal qüvvəyə mindiyini" və "ö cümlədən Livanda və hər yerdə" qüvvədə olmalı olduğunu bildirmişdi.

Eyni zamanda, "The Times of Israel" qəzeti qeyd edib ki, İsrail ordusu "atəşkəsin qüvvəyə mindiyi deyiləndən bəri" İrandan iki dəfə raket salvoları barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti