Bakı. Trend:
İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Harri Maquayr ilə müqavilənin müddətini uzadıb.
Trend xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
33 yaşlı müdafiəçi ilə 2027-ci ilədək yeni müqavilə imzalanıb.
Harri Maquayr “Mançester Yunayted”ə 2019-cu ilin yayında “Lester”dən keçib.
O, indiyədək “qırmızı şeytanlar”ın heyətində 266 oyunda iştirak edib.
