Bakı. Trend:
ABŞ və İran arasında sülh danışıqlarının ilk mərhələsinin aprelin 10-da İslamabadda keçirilməsi gözlənilir.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib.
"ABŞ və İran arasında sülh sazişi üzrə danışıqların ilk mərhələsi cümə günü İslamabadda keçiriləcək", - deyə "Axios"un müxbiri Barak Ravid X sosial şəbəkəsində yazıb.
