...

ABŞ ilə İran arasında danışıqlarda müsbət irəliləyişlər gözlənilir

Dünya xəbərləri Materials 8 Aprel 2026 01:37 (UTC +04:00)
ABŞ ilə İran arasında danışıqlarda müsbət irəliləyişlər gözlənilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ilə İran arasında aparılan danışıqlarda tezliklə müsbət irəliləyişlər müşahidə oluna bilər.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya şirkəti xəbər verib.

Məlumata əsasən, danışıqlarda tezliklə hər iki tərəfdən yaxşı xəbərlər gözlənilir. Pakistan Silahlı Qüvvələrinin baş komandanı, feldmarşal Asim Munir müzakirələrdə birbaşa iştirak edir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti