...

Türkiyədə Mustafa Ceceli və başqa məşhurlar saxlanılıb

Dünya xəbərləri Materials 7 Aprel 2026 12:06 (UTC +04:00)
Türkiyədə Mustafa Ceceli və başqa məşhurlar saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində narkotiklərlə mübarizə istintaqı çərçivəsində keçirilən əməliyyatda şou-biznes və kino sahəsinin azı doqquz tanınmış nümayəndəsi saxlanılıb.

Trend xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, saxlanılanlar arasında tanınmış aktyor İbrahim Çelikkol, məşhur pop ifaçıları Bengü, Simge Sağın, Melek Mosso, Mustafa Ceceli, modelyer Sipahi Hacısüleymanoğlu, musiqi prodüseri İlkay Sencan da var.

Saxlanılan şəxslər narkotik vasitələrin istifadəsi, saxlanılması və yayılmasında şübhəli bilinirlər.

Türkiyədə, əsasən də İstanbulda son bir neçə ay ərzində mütəmadi olaraq narkotiklərə qarşı iri miqyaslı əməliyyatlar keçirilir. Daha əvvəl onlarla insanın, o cümlədən tanınmış aktyorların, televiziya jurnalistlərinin və bloqerlərin saxlanıldığı bildirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti