...

Quterreş Yaxın Şərqdəki müharibəyə son qoymaq üçün diplomatiyaya çağırıb

Dünya xəbərləri Materials 7 Aprel 2026 23:15 (UTC +04:00)
Quterreş Yaxın Şərqdəki müharibəyə son qoymaq üçün diplomatiyaya çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş mülki şəxslərin siyasi və hərbi qərarlara görə kollektiv şəkildə cəzalandırılmasına icazə verən bəyanatlardan dərin narahatlığını bildirib.

Trend-in məlumatına görə, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Dujarrik deyib.

Baş katibin nümayəndəsi bildirib ki, Quterreş Yaxın Şərqdə müharibəyə son qoymaq üçün təcili diplomatik səylər göstərilməsinə çağırıb.

S. Dujarrik vurğulayıb ki, heç bir hərbi məqsəd mülki infrastrukturun məhv edilməsini və ya əhaliyə qəsdən əzab verilməsini haqlı çıxara bilməz.

A. Quterreş həmçinin Hörmüz boğazında naviqasiya azadlığının bərpasına çağırıb və onun blokadasının dünyanın ən həssas əhalisinə xüsusilə ağır təsir göstərdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti