Bakı. Trend:
İran İslam Respublikasının rəhbərliyi ABŞ ilə saziş bağlamayacağı təqdirdə İranı daş dövrünə qaytaracaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərə bildirib.
“İran hakimiyyəti sabah 20:00-a kimi ( Bakı vaxtı ilə 8 aprel 05:00-a kimi) saziş bağlamlıdır. Əks təqdirdə Prezident Tramp vəd etdiyi kimi onları daş dövrünə qaytaracaq”, - Levitt bildirib.
Bundan əvvəl Ağ Ev rəhbəri İranda bütün elektrik stansiyaları və körpüləri məhv etməklə xəbərdar etmişdi.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
