...

İsrail ordusundan İran vətəndaşlarına qatarla səyahət etməmələri barədə xəbərdarlıq

Dünya xəbərləri Materials 7 Aprel 2026 10:04 (UTC +04:00)
İsrail ordusundan İran vətəndaşlarına qatarla səyahət etməmələri barədə xəbərdarlıq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) iranlılara bu axşamadək ölkə daxilində qatarla səyahət etməmələri barədə təcili xəbərdarlıq edib.

Trend bu barədə "Times of Israel"ə istinadən xəbər verir.

“Əziz vətəndaşlar, təhlükəsizliyiniz naminə xahiş edirik ki, bu andan etibarən İran vaxtı ilə saat 21:00-dək ölkə daxilində qatar xidmətlərindən istifadə etməkdən və qatarla səyahət etməkdən çəkinəsiniz”, - IDF-nin farsdilli sözçüsü, ehtiyatda olan polkovnik-leytenant Kamal Penhasi bəyanatda bildirib.

“Qatarların vaqonlarında və dəmir yolu xətlərinin yaxınlığında olmanız həyatınızı risk altına qoyur”, -deyə o əlavə edib.

Qeyd edək ki, dünən İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, IDF-ə “İranın terror rejiminin milli infrastrukturuna tam güclə zərbələri davam etdirmək” tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti