Bakı. Trend:
Sumqayıt şəhəri, 41-ci məhəllədə azyaşlıları bıçaqla təhdid edən şəxslə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.
Daxil olan məlumata görə, Sumqayıt şəhərində 88 yaşlı şəxs müəyyən olunub. Onunla bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, yerli KİV-lərdə Sumqayıt şəhəri, 41-ci məhəllədə bıçaqlı şəxsin azyaşlılara hücum etməsi barədə məlumat yayılıb. Şikayətçilərin sözlərinə görə, Şahhüseyn Qəmbərov adlı şəxs mütəmadi olaraq əlində bıçaqla həyətə çıxaraq azyaşlıları təhdid edib.
