...

Beyləqanda beşotaqlı ev tamamilə yanıb (FOTO)

Hadisə Materials 6 Aprel 2026 19:09 (UTC +04:00)
Beyləqanda beşotaqlı ev tamamilə yanıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Beyləqan rayonunda yanğın hadisəsi qeydə alınıb. Hadisə rayonun Dünyamalılar kəndində baş verib.

Trend-in yerli müxbiri xəbər verir ki, kənd sakini Mahir Abdullayevə məxsus beşotaqlı fərdi yaşayış evində başlayan yanğın qısa müddətdə genişlənib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon bölməsinin texnika və şəxsi heyəti cəlb olunub.

Operativ müdaxilə nəticəsində yanğın söndürülüb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Lakin ev içərisindəki əşyalarla birlikdə tam yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti