...

PSV vaxtından əvvəl Niderland çempionu olub

İdman Materials 5 Aprel 2026 23:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"PSV Eydhoven" komandası mövsümün bitməsinə 5 tur qalmış Niderland çempionluğunu riyazi olaraq təmin edib.

Trend xəbər verir ki, Peter Boszun rəhbərlik etdiyi komanda 29 turdan sonra 71 xalla turnir cədvəlinin başında qərarlaşıb və dünən "Utrext" üzərində 4:3 hesablı qələbə qazanıb.

İkinci yerdə olan "Feyenoord" isə bu gün "Volendam"la 0:0 hesablı heç-heçə edib və 54 xala yüksəlib. Beləliklə, PSV-ni keçmək artıq mümkün deyil.

Bu nəticə ilə Eyndhoven klubu tarixində 27-ci dəfə Niderland çempionu adını qazanıb.

Xəbər lenti

Xəbər lenti