...

Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu artıb

İqtisadiyyat Materials 4 Aprel 2026 17:03 (UTC +04:00)
Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatlarına qoyulmuş kreditlərin həcmi 2,163 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 8,5 milyon manat və ya 0,4% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 305,4 milyon manat və ya 16,4% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin martın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,564 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4%, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti