...

Hörmüz boğazında Türkiyə bayrağı altında üzən kommersiya gəmilərimiz yoxdur - Nazir

Dünya xəbərləri Materials 4 Aprel 2026 12:38 (UTC +04:00)
Hörmüz boğazında Türkiyə bayrağı altında üzən kommersiya gəmilərimiz yoxdur - Nazir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda Hörmüz boğazında Türkiyə bayrağı altında üzən kommersiya gəmilərimiz yoxdur.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu “CNN Türk” telekanalına verdiyi müsahibədə bildirib.

“Hazırda Hörmüz boğazında Türkiyə bayrağı altında üzən gəmilər yoxdur. Müharibənin başlanğıcında orada Türkiyə şirkətlərinə məxsus 15 gəmi var idi. Onlardan ikisi boğazı tərk edib, dörd gəmi regional ticarətlə məşğuldur və boğazdan keçid tələb etmir, doqquz gəminin çıxarılması ilə bağlı isə Xarici İşlər Nazirliyi (Türkiyənin) ilə koordinasiya aparırıq”, – deyə nazir bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti