ABŞ dövlət katibi Böyük Britaniya XİN başçısı ilə İranı müzakirə edib

Dünya xəbərləri Materials 22 May 2026 03:57 (UTC +04:00)
ABŞ dövlət katibi Böyük Britaniya XİN başçısı ilə İranı müzakirə edib

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperlə İran, Hörmüz boğazı ətrafındakı vəziyyəti və Avropada təhlükəsizliyin qorunmasını müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott deyib.

"Dövlət katibi Marko Rubio bu gün Böyük Britaniyanın xarici işlər naziri İvett Kuperlə telefon danışığı aparıb. Danışıq zamanı tərəflər İran məsələsini və Hörmüz boğazında gəmiçiliyin azadlığının bərpası istiqamətində səyləri müzakirə ediblər. Dövlət katibi və xarici işlər naziri, həmçinin Avropanın öz təhlükəsizliyinin təmin olunması istiqamətində səylərini artırmasının vacibliyini, NATO çərçivəsində müdafiə xərclərinin və yük bölgüsünün artırılmasının zəruriliyini müzakirə ediblər", - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti