Bakı. Trend:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Fələstinin yerli idarəetmə naziri Sami Hijjavi ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Anar Quliyev sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, görüş zamanı şəhərsalma, dayanıqlı mənzil siyasəti və post-münaqişə dövründə bərpa sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin Azərbaycanın “Böyük Qayıdış” Proqramı çərçivəsində qazandığı təcrübə qarşı tərəflə bölüşülüb.
