Prezident İlham Əliyevlə Fransa Prezidenti arasında telefon danışığı olub

Siyasət Materials 21 May 2026 13:43 (UTC +04:00)
Prezident İlham Əliyevlə Fransa Prezidenti arasında telefon danışığı olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Prezidentin "X" sosial media hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

“Bu gün Prezident Emmanuel Makrondan (@EmmanuelMacron) telefon zəngi aldım. Telefon danışığı zamanı Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi apardıq.

Biz, həmçinin regional və qlobal prosesləri müzakirə etdik”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti