AZAL hava ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb

Gündəm Materials 21 May 2026 12:25 (UTC +04:00)
AZAL hava ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.

Bu barədə Trend-ə AZAL-dan məlumat verilib.

"Sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür. Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək", - deyə məlumatda qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti