Mikayıl Cabbarov Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti ilə görüşüb

İqtisadiyyat Materials 20 May 2026 19:17 (UTC +04:00)
Mikayıl Cabbarov Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti ilə görüşüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov ilə görüş keçirib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Dünya Bankı Qrupu arasında uğurlu əməkdaşlığın nəticələri məmnunluqla qeyd olunub.

Tərəflər ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin iqtisadi inkişaf və dayanıqlı urbanizasiya baxımından əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı Azərbaycanda və regionda infrastrukturun inkişafına dəstək, özəl sektorun maliyyələşdirilməsini təşviq etmək üçün Dünya Bankının maliyyə alətlərindən istifadə və şəhərsalma sahəsində potensial layihələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Görüşdə dayanıqlı inkişaf məqsədlərinə uyğun layihələrin həyata keçirilməsinin regionun iqtisadi və sosial inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti