Bakı. Trend:
"Napoli" Mauritsio Sarriyə bir illik uzatma opsiyası ilə ikiillik müqavilə təklif etməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Neapol klubu məşqçiyə bonuslardan əlavə təxminən 3,5 milyon avro maaş təklif edir. 2015–2018-ci illərdə komandaya rəhbərlik etmiş Sarri geri qayıtmağa hazırdır.
Lakin bundan əvvəl məşqçi "Latsio" ilə ayrılıq məsələsində razılığa gəlməlidir.
Bundan əvvəl Antonio Kontenin mövsümün sonunda "Napoli"dən ayrılacağı barədə xəbərlər yayılmışdı.