Bakı.Trend:
Miqrasiya idarəçiliyi və şəhər idarəçiliyi artıq ayrı-ayrılıqda nəzərdən keçirilə bilməz, onlar birlikdə inkişaf etməlidir.
Trend xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, bu gün dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə çatacağı gözlənilir.
“Şəhərlər miqrasiyanın real şəkildə hiss olunduğu məkanlardır. İnsanlar burada təhlükəsizlik, imkanlar, xidmətlər, təhsil və inklüzivlik axtarırlar. Miqrantlar yalnız əmək və sahibkarlıq vasitəsilə deyil, həm də bilik, yaradıcılıq və sosial dinamizm ilə cəmiyyətlərə töhfə verirlər”, – deyə o vurğulayıb.
V.Hüseynov qeyd edib ki, hökumətlər müasir şəhərlərin inkişafına böyük investisiyalar yatırır, lakin dayanıqlı şəhərlər yalnız fiziki infrastruktura əsaslanmır.
“İnsan kapitalı, innovasiya, yaradıcılıq, əməkdaşlıq və inklüzivlik şəhərləri inkişaf etdirən əsas amillərdir. İnsan mərkəzli idarəçilik olmadan ən inkişaf etmiş infrastruktur belə davamlılıq təmin edə bilməz”, – deyə o əlavə edib.
Dövlət Miqrasiya Xidmətinin rəisi bildirib ki, Azərbaycan miqrasiya siyasətində innovasiya, inklüzivlik və hüquq əsaslı yanaşmaları prioritet hesab edir.
“Ölkəmiz iqtisadi inkişafı, geniş imkanları və inteqrasiyanı dəstəkləyən mühiti ilə miqrantlar üçün getdikcə daha cəlbedici məkana çevrilir”, – deyə V.Hüseynov bildirib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.