Bakı. Trend:
Londonun "Arsenal" futbol klubu 2003/04 mövsümündən bəri ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olub.
Trend-in məlumatına görə, bu 37-ci tur çərçivəsində keçirilən "Bornmut" - "Mançester Siti" (1:1) matçının bitməsindən sonra məlum oldu.
"Arsenal" 82 xal toplayaraq turnir cədvəlində birinci yeri təmin edib. "Mançester Siti" 78 xalla ikinci yerdədir. Komandaların turnirin bitməsinə bir oyun qalıb.
Qeyd edək ki, "Arsenal" 2003/04 mövsümünü məğlubiyyətsiz bitirib. London komandası 14-cü İngiltərə Premyer Liqası titulunu qazanıb.