Bakı. Trend:
Dəniz blokadasının başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və ya İrandan çıxan 89 İranla əlaqəli ticarət gəmisini ələ keçirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.
"Mərkəzi Komandanlıq qüvvələri İran limanlarına daxil olan və çıxan yük axınına müdaxilə etməklə ABŞ-ın İrana qarşı blokadasını davam etdirir. Blokada rejimini təmin etmək üçün 89 ticarət gəmisinin istiqaməti dəyişdirilib", - deyə qeyd edilib.