Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib - Ceyhun Bayramov

Siyasət Materials 19 May 2026 13:37 (UTC +04:00)
Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib - Ceyhun Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib.

Trend xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

“Biz öz rolumuzu artıq yalnız tranzit ölkə kimi deyil, regional inteqrasiya, dayanıqlı şəhər inkişafı və regionlararası əməkdaşlıq üçün mərkəz kimi görürük.

Təcrübəmiz göstərir ki, nəqliyyat bağlantıları, infrastruktur və şəhər inkişafı bir-biri ilə sıx əlaqəlidir”, - deyə o bildirib.

Nazir əlavə edib ki, müasir nəqliyyat dəhlizləri yaşayış məskənlərinin formalaşmasına, sənaye inkişafına, əmək miqrasiyasına, investisiya axınlarına, mənzil tələbatına və iqlim dayanıqlılığına birbaşa təsir göstərir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti