Bakı. Trend:
Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun on
üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Urban Expo”
sərgisində tikinti və şəhərsalma sahəsində fəaliyyət göstərən
sahibkarların məhsul və xidmətləri təqdim edilir, onların
fəaliyyəti barədə ziyarətçilərə məlumat verilir.
Sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası birgə stendlə
iştirak edir. Əsas məqsəd Azərbaycanın tikinti, şəhərsalma
sahələrində əldə etdiyi nailiyyətlərin, innovativ yanaşmaların və
yerli sahibkarların potensialının beynəlxalq ictimaiyyətə təqdim
olunmasıdır.
Stenddə tikinti və şəhərsalma sahəsində fəaliyyət göstərən yerli sahibkarların məhsul və xidmətləri nümayiş olunur, həmçinin KOBİA tərəfindən sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri və ölkədə tikinti biznesinin inkişafı üçün mövcud imkanlar barədə məlumat verilir. Şirkətlər öz fəaliyyət istiqamətləri, istehsal gücü, innovativ məhsul və xidmətləri, həyata keçirdikləri layihələr və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimatlar edirlər, həmçinin maraqlı tərəflərlə işgüzar görüşlər keçirərək təcrübə mübadiləsi aparırlar.
WUF13 çərçivəsində keçirilən səhərsalma və mənzil təminatı
sahələrində innovativ yanaşmaları təqdim edən “Urban Expo”
sərgisində 82 ölkədən 260 təşkilat və qurumun iştirak etdiyi 130-a
yaxın pavilyon nümayiş olunur. Sərgidə ümumilikdə 41 ölkəni təmsil
edən milli pavilyonlar nümayiş etdirilir. Onların ən böyüyü 1500
kvadratmetr ərazini əhatə edən Azərbaycan pavilyonudur.
