IUPF qlobal şəhərsalma gündəliyindən yerli icmaların iştirakını gücləndirmək niyyətindədir

Siyasət Materials 19 May 2026 20:25 (UTC +04:00)
IUPF qlobal şəhərsalma gündəliyindən yerli icmaların iştirakını gücləndirmək niyyətindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq Şəhərsalma Mütəxəsislərinin Forumu (IUPF) qlobal şəhərsalma gündəliyində yerli icmaların və kifayət qədər təmsil olunmayan regionların iştirakını gücləndirməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu Rolf Şuett – Beynəlxalq Şəhərsalma Mütəxəssisləri Forumunun (International Urban Planning Forum/ IUPF) direktorlar şurasının sədri Ümumdünya Şəhərsalma Forumuın 13-cü sessiyası çərçivəsində keçirilən “ Şəhər inkişafı sahəsində yerli icmaların və qlobal təcrübənin birləşməsi” adlı panel müzakirəsində deyib.

“Həqiqi dayanıqlılığa yalnız "yuxarıdan-aşağı" siyasət vasitəsilə nail olmaq mümkün deyil. Mənzil və şəhər inkişafı ilə bağlı qlobal müzakirələrdən kənarda qalan insanların səsləri də nəzərə alınmalıdır”, – deyə o bildirib.

Şuettin sözlərinə görə, IUPF-nin fəaliyyəti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən, xüsusilə bərabərsizliyin azaldılması, dayanıqlı yaşayış məntəqələrinin inkişafı və beynəlxalq tərəfdaşlığın gücləndirilməsi prinsiplərindən ilhamlanır.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti