İranda yaşayış massivinə mərmi düşüb

Dünya xəbərləri Materials 19 May 2026 20:47 (UTC +04:00)
İranda yaşayış massivinə mərmi düşüb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndimeşk şəhərində Hava Hücumundan Müdafiə Sistemi yoxlama atəşləri həyata keçirib.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti valisinin müavini Vəliyulla Həyati yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, yoxlama atəşi nəticəsində mərmilərdən biri şəhərdə yaşayış məntəqəsinə düşüb. Nəticədə 4 nəfər yaralanıb.

Həyati deyib ki, yaralılar xəstəxanalara aparılıb və hazırda müalicə olunurlar.

Həyati bildirib ki, İran Silahlı Qüvvələri tərəfindən lazımi tədbirlər həyata keçirilib və şəraitə tam şəkildə nəzarət olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti