Nazir Rəşad Nəbiyev Slovakiyanın investisiyalar, regional inkişaf və informasiya naziri ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 19 May 2026 12:21 (UTC +04:00)
Nazir Rəşad Nəbiyev Slovakiyanın investisiyalar, regional inkişaf və informasiya naziri ilə görüşüb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Slovakiya Respublikasının investisiyalar, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüş keçirib.

Trend xəbər verir ki, görüşdə rəqəmsallaşma, innovasiyalar və şəhərsalma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Slovakiya tərəfi ölkəmizlə elektron hökumət, “SİMA imza” və elektron imza sahələrində əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Bununla bağlı ekspertlər səviyyəsində danışıqlara başlanılması qərara alınıb.

Həmçinin kosmik sənaye və texnologiyalar sahəsində gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti