ABŞ 12 min km-ə qədər uça bilən ballistik raketin sınağını keçirəcək (FOTO)

Dünya xəbərləri Materials 19 May 2026 21:00 (UTC +04:00)
ABŞ 12 min km-ə qədər uça bilən ballistik raketin sınağını keçirəcək (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ mayın 20-də Sakit okean bölgəsində döyüş başlıqsız "LGM-30 Minuteman III" qitələrarası ballistik raketinin (QBR) növbəti sınaq buraxılışını həyata keçirəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, QBR-lərin sınaq buraxılışı proqramının məqsədi silah sisteminin effektivliyini, hazırlıq səviyyəsini və dəqiqliyini təsdiqləmək və yoxlamaqdır.

Eyni zamanda bildirilib ki, sınaq əvvəlcədən planlaşdırılıb və dünyada baş verən hər hansı hadisə ilə əlaqəli deyil.

Buraxılış ABŞ Kosmik Qüvvələrinin Kaliforniyada yerləşən Vandenberq Hərbi-Kosmik Bazası bazasından həyata keçiriləcək. Raket Kvacaleyn Atollu yaxınlığında yerləşən ABŞ-ın Sakit okean raket poliqonu istiqamətində buraxılacaq. Uçuş məsafəsinin təxminən 6,8 min kilometr olacağı bildirilir.

Bənzər son sınaq buraxılışı martın 4-də həyata keçirilmişdi.

Qeyd edək ki, "LGM-30 Minuteman III" QBR-in fəaliyyət radiusu 12 min kilometr təşkil edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti