Urbanizasiya barədə danışarkən insan faktorunu unutmaq olmaz - Zarina Mirabdullayeva

Cəmiyyət Materials 19 May 2026 11:13 (UTC +04:00)
Urbanizasiya barədə danışarkən insan faktorunu unutmaq olmaz - Zarina Mirabdullayeva
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Könüllülər şəhər icmalarının innovasiya, modernləşmə və rəqəmsallaşma proseslərinin əsas komponentlərindən biridir.

Trend xəbər verir ki, bunu "United Nations Volunteers" təşkilatının Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Zarina Mirabdullayeva Bakıda keçirilən WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə ciddi forumlar urbanizasiya və rəqəmsallaşma ilə bağlı qlobal müzakirələr baxımından mühüm əhəmiyyət daşıyır.

“Biz urbanizasiya və yaşadığımız məkanların rəqəmsallaşması barədə danışarkən insan faktorunu heç vaxt unutmamalıyıq. Mən də burada məhz könüllülük haqqında danışmaq üçün iştirak edirəm. Könüllülər insanlarla yaşadıqları məkanlar arasında ən güclü bağ yaradan şəxslərdəndir. Müxtəlif tədbirlərdə, təşkilatlarda insanları ilk qarşılayan da məhz onlar olur. Bakıda bu qədər insanı bir arada görmək, belə gözəl tədbirin iştirakçısı olmaq mənim üçün böyük şərəfdir. Forum əsl bayram ab-havası yaradır”, - o bildirib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti